a.Klinika:


Saf Med MMC 2005-ci ildən əhaliyə stomatoloji xidmət göstərir. Məqsədimiz bütün stomatoloji xidmətləri yüksək keyfiyyət və uyğun qiymətlə əhaliyə təqdim etməkdir. Çalışırıq ki, həmişə dünya yeniliklərini tətbiq edib, işimizi yüksək keyfiyyətlə davam etdirək.

 

Laboratoriya:

Diş texniki laboratoriyamız müasir avadanlıqlarla təchiz olunmuşdur. Klinikamızın müştərilərinə hər növ diş protezlərinin qısa müddət və yüksək keyfiyyətlə düzəldilməsini təmin edirik. Eləcə də digər stomatoloji klinikaların sifarişlərini münasib qiymətlə düzəldirik. İstənilən klinika və həkimlərlə əməkdaşlıq etməyə hazırıq.

 

 

 

Stom maqazin:

Stomatoloji maqazinimizdə müxtəlif çeşidlərdə stomatoloji materialların və avadanlıqların satışı ilə məşğul oluruq. Avropa, Amerika, Çin, Türkiyə və s. ölkələrin istehsal etdikləri avadanlıq və materialların satışı ilə məşğul oluruq.

 

Seminarlar

Dünyada yeni ixtira olunmuş stomatoloji metodların tətbiqi və öyrədilməsi üçün kurslar təşkil edirik. Eləcə də stomatoloqların və əhalinin maariflənməsi üçün saytımızda yayımlanan məqalələrdən yararlana bilərsiniz.

 

b. Saf-Med Moskvada

8 ilə yaxındır ki, biz Moskvada tibb sahəsində fəaliyyət göstəririk. Moskvadakı klinikamız haqqında daha geniş məlumat əldə etmək üçün 1A-med.ru saytına daxil ola bilərsiniz. Eləcə də Moskvada işləmək istəyirsinizsə bizimlə əlaqə saxlayın.