Ölkənin qabaqcıl klinikalarından olan Saf-Med stomotoloji klinikası 2005-ci ildən insanların xidmətindədir. . Laboratoriyamız daimi olaraq stomatologiyada yaranan bütün yenilikləri izləyir və işlərimizdə tətbiq edir. Bizim missiyamız diş və diş əti problemlərinin profilaktikası və müalicəsi ilə məşğul olub , insanlara sağlam təbəssüm bəxş etməkdir.
Bizim laboratoriyamız mütəmadi olaraq, bir çox ölkələrdə Rusiya-(Moskva,Kazan), Çin, İtaliya, Almaniya, habelə Azərbaycanda keçirilən bir çox stomotolji sərgilərdə stend alaraq həm iştirakçı , həm də ziyarətçi qismində iştirak edir. Laboratoriyamızda Avropa standartlarına cavab verən avadanlıq və materialların köməyi ilə anatomik, gigiyenik və estetik tələbatlara uyğun metal-keramika qapaqları və körpülər hazırlanır.
Gips modellərinin hazırlanması pindeks üsulu ilə həyata keçirilir və bu da , işlərin dəqiqliklə yerinə yetirilməsini təmin edir. Pindeksləmə işində Amanngirbach firmasının Giroform pindeksləmə sistemindən isitfadə edirik. Metal keramika işlərində mum modellərinin hazırlanmasında Almanyanın Scheftner firmasının mumlarından istifadə olunur. Bütün işlər nəzarətdən keçirildikdən sonra tökməyə verilir. Töküm işində Polident firmasının məhsullarından istifadə olunur. Tökmə işlərinin dəqiqliklə yerinə yetirilməsi İtalyanın Sirio firmasının vakuum qarışdırıcısı və Pidental firmasının Hexacast tökmə aparatının hesabına həyata keçirilir. Metal keramika işlərinin, metal karkaslarının hazırlanmasında yüksək keyfiyyətli Alman metalı olan “Welt Co” və “Welt Ni” metallarıından istifadə olunur. Digər keramika tozlarından xüsusilə seçilən Creation keramika tozlarından istifadə edərək , biz metal-keramika işlərinin hazırlanmasında yüksək estetik keyfiyyət və davamlılıq əldə etdik . Bişmə prosesi rahat və dəqiq iş prosesi ilə seçilən Sirio firmasının Luxor Ceramic keramika sobasında yerinə yetirilir. Stomatologiyanın son naliyyətlərindən olan metalsız keramika qapaqları, zirkon oksid, alüminum oksid- laboratoriyamızda yüksək keyfiyyətlə hazırlanır. Laboratoriyamız həmçinin presslənmiş zirkon disklərdən hazırlanan zirkon karkaslar üzərinə keramika işlərinin sifarişini qəbul edir. Saf MED MMC stomotoloji klinikası Azərbaycanın bir çox bölgələrindən olan stomatoloqlarla əmakdaşlıq edir. Kuryer xidməti ölçünün götürülməsindən işin təhvil verilməsinə qədər pulsuz xidmət göstərir.
Keyfiyyətimiz zəmanətimizdir.