Strategic İmplant konsepsiyasında bazal implantasiya
İmplantasiyanın bu ən yeni metodu ən çətin klinik hallardan biri olan sümük plastikası olmadan, əlverişli qiymətlə implant qoyulmağına inkan verir.
Metodun əsasında sümüyün daha dərin və möhkəm bazal qatlarında sabitləşən xüsusi implantların tətbiqi durur.
Bu metodun üstünlüyü ondadır ki, bu implantları dişləri çəkən kimi quraşdırmaq olar.
Strategik İmplant konsepsiyasında implantasiya diş sırasının bir dəfəyə bərpası və müalicənin 3 gün ərzində tamamilə başa çatdırılması üçün bütün zəruri implantların quraşdırılmasına imkan verir.
Metoddan aşağıdakı hallarda istifadə edilir:
-Ardıcıl olaraq bir neçə dişin olmaması;
-Məcburi imtina və ya sümük plastikasının həyata keçirilməsinin mümkünsüzlüyü;
-Allergik reaksiyalar zamanı çıxarıla bilən akril protezlərin dəyişdirilməsi;
Sümük toxumasının çox hissəsinin itirilməsi ilə ümumiləşdirilmiş paradontit zamanı;
-İstinad dişlərinin dağılması və yenidən protezləşdirilməsinin mümkün olmadığı hallarda körpüvari və çıxarıla bilən bügel protezlərin dəyişdirilməsi;
-Periimplantitin inkişafı səbəbindən ikimərhələli implantın itirilməsi;
-Pasientin vaxtının məhdud olması;

İmplantlaşdırma və protezləşdirmə 3 gün ərzində
-Sümük quruluşunun risksiz əməliyyatı və “sinusliftinq”;
-Dişlərin çıxarılmasından dərhal sonra implantın qoyulması;
-Siqaret çəkən və diabet xəstələri üçün təhlükəsizdir;
-İmplantın ətrafında infeksiyanın olmaması;
-Yüksək səviyyəli klinik nəticə;
-Uzun illər təcrübə ilə test edilmişdir.

İmplantasiya-Protezləşdirmənin müasir üsulu
Hər bir diş tac və kökdən ibarətdir. Tac- dişin görünən hissəsidir hansı ki, qidanın çeynənməsində rol oynayır, lakin dişin kökü diş ətinin altında yerləşir və dişi saxlayır. Hətta bir dişin itirilməsi belə çeynəmə zamanı dişlərin pozulmasına, funksional yüklənməyə və qalan dişlərin xəstəliklərinə gətirib çıxarır.
İmplantasiya qonşu dişləri yonmadan itirilmiş dişin bərpasını təmin edir.
Strategic implant konsepsiyası ilə implantasiya hətta çox yaşlı insanların əlavə əməliyyatlar və xərclər olmadan dişlərinin bərpasına imkan yaradır.
İmplanta istənilən konstruksiyanı birləşdirmək olar-daimi tək dişləri vəya körpüləri.

İmplant -“süni köklər”, itirilmiş dişlərin bərpası
İmplant sümüklə əla uyğunlaşır, vintə bənzəyir, eni 3,5-5 mm, uzunluğu 8-19 mm aralığında dəyişir.
Müasir implantlar daha davamlıdırlar, nəinki təbii diş kökləri. Ona görə də bizim implantlar sizə uzun illər xidmət edəcəkdir.

İmplantlar əla titandan hazırlanır.
Titan orqanizmin toxumaları ilə əla uyğunlaşır, son dərəcə davamlıdır, güclü yüklənməyə və təzyiqə dözümlüdür və heç bir allergik reaksiya yaratmır.
Titandan hazırlanmış implant sümüklə əla birləşir və rəddetmə riski son dərəcə azdır- 2 %-dən çox deyil.

İmplantasiyanın həyatınıza təsiri:
İmplantasiya pasientin qidalanma rejiminə, sportiv məşğuliyyətinə və ya xəstəliyinin diaqnostikasına heç bir maneə törətmir.
Pasientin implantla həyatı təbii dişlərlə həyatından heç fərqlənmir.

İmplantasiya necə baş verir:
İmplant sümüyün dərin qatlarına quraşdırılır və başlığı diş ətinin üstündə qalır. Ona qapaq və ya körpü bərkidilir.

Gördüyümüz işlər