Tibb elmləri üzrə fəlsəfə doktoru, Ağız və üz-çənə cərrahı
Əlaqə: (+99412) 5132796
Mob: (+99455) 955 01 03
E-mail: safmedhekimler1@mail.ru

Təhsil və təcrübə
1986-cı ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Bakı şəhəri 3 saylı stomatoloji klinikasında internatura keçmişdir. 1987-ci ildən Tovuz rayonunun İbrahimhacılı kəndində tibb məntəqəsinin stomatoloqu vəzifəsində çalışmışdır. 1990-cı ilin dekrabr ayında isə müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasına assistent vəzifəsinə seçilmişdir.
İxtisaslaşdığı sahələr
İmplantologiya
Ortopediya
Terapiya

Ətraflı məlumat
Fərman İbrahim oğlu Həsənov 1959-cu ildə Tovuz rayonunun İbrahimhacılı kəndində anadan olmuşdur. 1966-cı ildə İbrahimhacılı kənd orta məktəbinə başlamış, 1976-cı ildə həmin məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb Universitetində sənəd qəbulunda iştirak etmiş, lakin müsabiqədən müvəffəqiyyətlə keçə bilməmişdir. 1976-cı ildən 1978-ci ilədək 1 saylı toxuculuq savxozunda fəhlə olaraq çalışmışdır. 1978-1980-ci illər arasında hərbi xidmətdə olmuşdur.Hərbi xidmətdən qayıtdıqdan sonra Azərbaycan Tibb Universitetinin hazırlıq fakultəsində qəbul olmuşdur. Həmin universitetə imtahan verərək stomatologiya fakultəsinə qəbul olmuşdur. 1986-cı ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbəlik illərində bir neçə ixtira və səmərələşdirici təklifə müəlliflik şəhadətnaməsi almışdır. Onlardan ən başlıcası “ Stomatoloji kombayn” olmuşdur. Bakı şəhəri 3 saylı stomatoloji klinikasında internatura keçmişdir. 1987-ci ildən Tovuz rayonunun İbrahimhacılı kəndində tibb məntəqəsinin stomatoloqu vəzifəsində çalışmışdır. 1988-ci ildə ailə həyatı qurmuşdur. 1990-cı ilin dekrabr ayında isə müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasına assistent vəzifəsinə seçilmişdir.Qarabağ müharibəsi dövründə yaralılarla müalicə işində “Almacıq sümüyünün repozisiyası və fiksasiyası üçün qurğu” ixtirası bir neçə yaralının müalicəsində istifadə olunmuşdur. Hazırda o qurğu KTM-in üz-çənə cərrahiyyəsi şöbəsində istifadə olunur. 2000-ci ildən etibarən Azərbaycan implantoloqlar ictimai birliyin üzvüdür. Tədris və müalicə işləri ilə yanaşı 2001-ci ildə “Kükürd tərkibli sərbəst aminturşuların çənə sınıqları zamanı sümük toxumasının regenerasiyası prosesinə təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını layiq görülmüşdür. 2006-cı ildə gicgah-çənə oynağının çıxıqlarına aid “Çənənin ön çıxığının yerinə salınması üçün qurğu” ixtirasına patent almışdır. Dünya ölkələrinin bir çoxunda – Amerika, Fransa, İtaliya, Türkiyə, İspaniya, İsveçrə, Rusiya, Ukrayna və Meksikada implantologiya və üz-çənə cərrahiyyəsi konfranslarında və kurslarında fəal iştirak etmişdir. 2009-cu ildə İmplantoloqların Beynəlxalq Simpoziumunda “Radikulyar kistalar və kök rezeksiyasına yeni baxışlar” mövzusunda məruzə etmişdir. 2013-cü ildə Bakıda keçirilən Xəzər konfransında “Gicgah-çənə oynaq başı-dişləm münasibəti xəstəliklərinin diaqnostikası, müalicəsi, bu harmoniyanın bərpası üçün yeni qurğu” elmi mövzusu ilə çıxış etmişdir. 2014-cü ildən etibarən EDAT implantoloqlar (Türkiyə) cəmiyyətinin və İTİ Beynəlxalq Birliyinin üzvüdür. 2016-cı ildən etibarən Türkiyə – Azərbaycan Elm və Əbədi əsər sahibləri birliyinin üzvüdür.2018-ci ildə Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti olmuşdur.