Sadə Herpes

Sadə herpes (Herpes simplex) insan orqanizminin virus mənşəli infeksion xəstəliyi- törədicisidir.  Xəstəliyin mənbəyi xəstələr və ya virus daşıyıcılarıdır. Xəstəliyin törədicisi mərkəzi və periferik sinir sistemini, qaraciyər, göz, dəri, selikli qişa, cinsiyyət orqanlarını zədələməklə herpetik xətəliyə səbəb olur. Hamilələrdə dölə təsir qüsurun yaranmasına səbəbdir.

Sadə herpetik stomatit uşaqlar arasında daha çox yayılmışdır. Bu isə 6 aydan 3 yaşına qədər uşaqlarda anadangəlmə immunitetin itməsi, spesifik və qeyri-spesifik müdafiənin tam formalaşmaması ilə əlaqələndirilir. Digər səbəb kimi bu yaşlarda selikli qişanın keçiricilik qabiliyyətinin yüksək, qan dövranının güclü olması göstərilir. Virus hissəciklərinin selikli qişaya daxil olduqdan sonra keçdiyi yol ya hematogen ya da sinir boyuncadır. Selikli qişada zədə elementləri əmələ gələn zaman artıq limfadenit əlamətləri meydana çıxır. Orta ağır və ya ağır formalar zamanı çox vaxt ikitərəfli çənəaltı limfa düyünlərinin böyüməsi müşahidə edilir.

 

 

 

 

 

Klinik olaraq ağız boşluğunun herpetik xəstəliyinin iki forması olur.

  1. Birincili herpetik infeksiya- kəskin herpetik stomatit ( birincili herpes)
  2. Xronik residivləşən herpes ( herpes chronica recidivans)

Ağırlığına görə yüngül, orta ağırlıqlı və ağır formalar ayırd edilir. İnkubasion (gizli) dövr iki gündən 17 günə kimi davam edir.

Xəstəliyin yüngül formasında və orqanizmin qənaətbəxş vəziyyətində temperatur 37-37,5° C –yə qədər yüksəlir.  Ağızın selikli qişasında ağrı başlayır, o, ödemli hiperemiyalaşmış (xüsusən diş əti kənarında) olur. Aydın görünən hiperemiya fonunda dairəvi formalı tək-tək aftalar  meydana gəlir. Bunlar yemək yeyərkən şiddətli ağrı verir. 3-5 gündən sonra ağrılar azalır, epiteliləşmə başlayır və xəstə 5-8 gündən sonra sağalır.

Orta ağırlıqlı formada  aydın görünən toksikoz mənzərə yaranır. Prodromal dövrdə ümumi zəiflik, kefsizlik, başağrısı, iştahasızlıq olur, bədən temperaturu 38-38,5° C-yə qədər yüksəlir. Çənəaltı limfa düyünləri böyüyür, hərəki və ağrılı , ağızın selikli qişası hiperemiyalı, ödemli olur. Xəstəliyin 4-5-ci günü selikli qişanın aydın görünən hiperemiyası və ödemi fonunda çoxlu afta əmələ gəlir. Bu dövrdə xəstələr yemək yeyərkən ağrının olmasından , çoxlu ağız suyu ifrazından, bəzən ağızdan pis qoxu gəlməsindən şikayətlənirlər. Xəstə 5-8 gündən sonra sağalmağa başlayır, 8-10 gündən sonra selikli qişa epiteliləşir və iltihab əlamətləri yox olur.

Kəskin herpetik stomatitin ağır forması zamanı prodromal dövrdə xəstənin ümumi vəziyyəti pozulur: başağrısı, apatiya, ürəkbulanma olur, xüsusilə ağır hallarda xəstə qusur, bədəninin temperaturu 39-40° C –yə qədər yüksəlir. Selikli qişa hiperemiyalaşır, ödemli olur, bütün nahiyələrdə çoxlu afta əmələ gəlir. Aftalar qruplaşır , fasiləsiz olaraq yeniləri yaranır. Bu forma zamanı bəzən diş əti kənarının nekrotik gingivit tipli nekrozu baş verir, ağız suyu ifrazı pozulur, dil ərp bağlayır. Bundan əlavə, uşaqlarda çox vaxt mədə-bağırsaq yolu xəstələnir, ishal başlayır. Limfa düyünləri ağrı verir, hərəki olur. Xəstəlik 10-12 gün və daha çox çəkir.

Yerli müalicə kəskin herpetik stomatitdə yönəldilir:

  • Ağrının aradan qaldırılması
  • Yeni zədələnmə elementlərinin əmələ gəlməməsi (reinfeksiya)
  • Epiterizasiyanın sürətlənməsi

Müalicənin ilk günləri əsasən virus əleyhinə dərmanlardan istifadə etmək lazımdır. Dərman preparatlarını qısa müddətə (5-6 dəfə gündə) qəbul etmək lazımdır. Virus əleyhinə kremlərlə yalnız zədə elementlərinə deyil, hipermiyalaşmış selikli qişaya da təsir etmək lazımdır. Məqsəd yeni zədələnmə elementlərinin yaranmasının qarşısını almaqdır.

İNTERFERONhüceyrələrdə virusun reproduksiya qabiliyyətini aşağı salır.

BONAFTON, TEBROFEN, OKSALİN- hüceyrədən xaric mərhələdə v irus hissəciklərinə təsir edir.

ASİKLOVİR, ZOVİRAKS-yalnız zədələnmiş selikli qişaya keçərək virusun hüceyrədaxili yayılmasının qarşısını alır.

ALPİZARİN- virus əleyhinə, antibakterial və bakterostatik təsir etməklə hüceyrədaxili və humoral immuniteti aktivləşdirir.

TRİPSİN, XİMOTRİPSİN- 1-2 %-li proteolitik fermentlərlə selikli qişa işlənir. Sonra ağızın və burun boşluğunun selikli qişası, ağızətrafı dəri virus əleyhinə preparaqlarla müalicə olunur. Bu preparaqlar nekrolitik təsirdən əlavə leykositlərin faqositar fəaliyyətini artırmaqla hüceyrələrin regenerasiya qabiliyyətini sürətləndirir.

Ev şəaraitində  virus əleyhinə preparatlarla bərabər hər qida qəbulundan sonra ağız boşluğunu lizosimlə (bir yumurtanın ağı+0,5 %-li novakain) yaxalamaq lazımdır. Bir-iki saat ərzində qida qəbulunu məhdudlaşdırmaq lazımdır. Gün ərzində 3-7 dəfə interferon burun,ağız boşluğuna və gözə tökülür.

SOLKOSERİL- ağrıkəsici , antiseptik  və kerotoplastik təsir edir. Pasta zədələnmiş selikli qişaya nazik qatla çəkilir.

İMUDON- leykositlərin faqositor qabiliyyətlərini sürətləndirir, tüpürcəyin tərkibində lizosimin miqdarını artırır. Ağız boşluğunda virus əleyhinə preparatların istifadəsindən 30-40 dəqiqə sonra sormaq lazımdır, tərkibində şəkər yoxdur.

Yerli müalicə:

  1. Interferon 3-4 damcı, hər 4 saatdan bir burun və ağız boşluğuna tökmək.
  2. Qida qəbulundan əvvəl anestetiklərin istifadəsi.
  3. Qida qəbulundan sonra antiseptiklərin və protolitik fermentlərin istifadəsi.
  4. Səpmə dövründə virus əleyhinə preparatların istifadəsi.
  5. Sağalma dövründə kerotoplastik preparatların istifadəsi (çaytikanı yağı, retinol, imudon).

Ümumi müalicə:

  1. Selikli qişanı qıcıqlandırmamaq və çoxlu maye qəbul etmək.
  2. Hiposensiblizasiyaedici terapiya- DİAZOLİN, TAVEGİL, KLARİTİN.
  3. Virus əleyhinə preparatlar- ASİKLOVİR, BONAVTAN, ZOVİRAKS.
  4. İmmunomodelyatorlar-İMUDON.

Kəskin herpetik stomatitin istənilən forması kəskin infeksion xəstəlikdir. Həmişə kompleks müalicə tələb edir. Buna görə də həmişə profilaktik tədbirlər görülməlidir.

Write a comment:

Bir cavab yazın