

Dental mikroskop optik cihazı – diş , diş ətrafı toxumaları 20 və daha çox böyütmək qabiliyyətinə malikdir.Dəfələrlə böyütmə çətin görünən yerlərdə ( fissurlarda,kontakt səthlərdə) ilkin patologiyanı vaxtında müəyyən etməyə və sağlam toxumaların maksimum saxlanmasına xidmət edir.Mikroskop altında kanalların keyfiyyətli müalicəsi,sonrakı ağırlaşmaların qarşısını alır. Reablitasiya dövrünün qısalması- pulpa qalıqlarının tam təmizlənməsi müalicədən sonrakı dövrdə ağrıları aradan qaldırır.Bu isə stomatologiyanın bütün sahələrində-terapevtik, ortopedik, cərrahiyyə və uşaq stomatologiyasında daha yüksək nəticələr almağa kömək edir.
Cərrahi mikroskopun terapevtik stomatologiyada tətbiqi:
Kanalların quruluşu, sayı və şaxələnməsini müəyyən etmək
Kanalların keyfiyyətli plomblanması
İlkin mərhələdə kariyesin aşkarı
Diş tacı və köklərdə olan mikro çatların müəyyən edilməsi
Perforasiyanın diaqnostikası və müalicəsi
Diş tacının plombla estetik restavirasiyası
Kanallardakı sınmış alətlərin aşkarı və çıxarılması
Cərrahi mikroskopun cərrahi stomatologiyada tətbiqi:
Kista və qranulyasiyaların müalicəsi
Köklərinin rezeksiyası, hemiseksiyası və amputasiyası
Paradontologiyada diş ətinin plastikası
Üst çənə cərrahiyyəsində
Cərrahi mikroskopun ortopedik stomatologiyada tətbiqi:
Dişlərin çıxmayan protezlər altına yonulmasında ( vinir, metalokeramika və zirkon)
Protezləmə zamanı diş ətrafı toxumaların dəqiq işlənməsində
Ortopedik konstruksiyaların vinir, metalokeramika və zirkonların keyfiyyətli fiksasiyasında
Müasir texnologiya, yeni nəsil stomatologiyanın inkişafında əvəz edilməzdir.
